Xəbər lenti

“Bakı Cənubi Qafqazda siyasi nüfuzunu bərpa etməyə uğursuz cəhdlər göstərən Parisin bezdirici hərəkətlərindən və müdaxiləsindən yorulub. Fransanın nüfuzu isə dünyanın digər yerlərində, o cümlədən qitələrdə sarsılıb”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib.

M.Zaxarovanın sözlərinə görə, Cənubi Qafqaz regionunda residiv risklər qalmaqdadır.

“Rusiya ardıcıl şəkildə regionun bütün ölkələrinin və onların qonşularının maraqlarının balansına əsaslanmaqla, bölgənin sabitlik və firavanlıq zonasına çevrilməsi üçün çalışır. Bu məntiqdən irəli gələrək biz “3+3” konsultativ-regional platforması çərçivəsində qarşılıqlı fəaliyyət qururuq. Bakı və İrəvan arasında münasibətlərin ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əsasında kompleks şəkildə normallaşdırılması üzərində işləyirik”, - deyə XİN nümayəndəsi bildirib.

Mariya Zaxarova qeyd edib ki, Qərb region ölkələrinin maraqlarına məhəl qoymadan Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır.

“Onlar bu regionun təhlükəsizliyinin, sabitliyinin və rifahının təmin edilməsi üçün heç bir iş görmürlər”, - deyə Rusiya XİN nümayəndəsi əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 244          Tarix: 22-11-2023, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma