Xəbər lenti

Cənubi Koreya, ABŞ və Yaponiyadan olan diplomatlar Şimali Koreyanın bu yaxınlarda kosmik raket buraxılışını “sabitliyi pozan effekt” kimi qiymətləndirib və bunu kəskin şəkildə pisləyiblər.

Bu barədə “Report” “The Korea Times”a istinadən xəbər verir.

Cənubi Koreyanın xarici işlər naziri Park Jin, ABŞ-nin dövlət katibi Antoni Blinken və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Şimali Koreyanın kəşfiyyat peykini orbitə çıxarması ilə bağlı danışıqlar aparıblar.

“Üç ölkə Şimali Koreyanın peyk buraxılışını BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyasından istifadə etməklə hər hansı sınaqları qadağan edən çoxsaylı qətnamələrinin pozulması kimi qiymətləndirir”, - görüşdən sonra verilən birgə bəyanatda deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 701          Tarix: 25-11-2023, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma