Xəbər lenti

İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatı bütün girovlar azad edilənə qədər davam etdirmək niyyətindədir.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin bazalarından birinə səfəri zamanı Ordunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

"Biz bütün girovları azad edənə qədər bu səyləri dayandırmaq niyyətində deyilik. Mövcud humanitar atəşkəs başa çatdıqdan dərhal sonra hərbi əməliyyatlar bərpa olunmalıdır.

Girovları geri qaytarmaq bizim mənəvi borcumuzdur", - H.Halevi bildirib.

Halevi vurğulayıb ki, İsrail hərbçiləri indiki fasilədən gələcək əməliyyatlara hazırlaşmaq üçün istifadə edəcək və atəşkəs başa çatan kimi dərhal Qəzzada hücum əməliyyatlarına qayıdacaq.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib. Bundan başqa, razılaşma şərtlərinə daxil olmayan 11 nəfər xarici vətəndaş da yəhudi dövlətinin həbsxanalarından azadlığa buraxılıb.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.




Ana səhifəyə qayıt        Baxış: 3 538          Tarix: 25-11-2023, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma