Xəbər lenti

İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın “potensialını gücləndirməyə” xidmət edəcək.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Şimali Atlantika Alyansı “daha böyük və daha güclü” olub.

“Bu il NATO-ya 31-ci üzvü Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək”, – ABŞ dövlət katibi bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 139          Tarix: 20-12-2023, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma