Xəbər lenti

“Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:

“Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.

Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkan ölkələri, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.




Ana səhifəyə qayıt        Baxış: 2 941          Tarix: 28-12-2023, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma