
Amerika Birləşmiş Ştatları (ABŞ) İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili hərəkət etməyə çağırıb.
"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: "Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək".
ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, husilər dekabrın 31-də Qırmızı dənizdə ABŞ-nin yük gəmisini ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirib. Ötən ilin noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib. Həmçinin, yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.
Paylaş: