Xəbər lenti

İrandan silah daşıyan gəmiyə hücum zamanı itkin düşən ABŞ xüsusi donanmasının iki əsgərinin xilasetmə əməliyyatı uğursuz olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlıqdan həmin əsgərlərin həlak olduqları bildirilib.

Hərbçilərin meyiti hələ də tapılmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ hərbçiləri Ədən körfəzində İrandan husilərə raket və PUA hissələri daşıyan gəmiyə basqın edib. Əməliyyat zamanı iki amerikalı əsgər dənizə düşüb.




Ana səhifəyə qayıt        Baxış: 3 231          Tarix: 22-01-2024, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma