Xəbər lenti

  

 

ABŞ Müdafiə naziri Jim Mattis yanvar ayında Trampın təlimatı üzərinə İŞİD-lə mübarizə strategiyasını araşdırdıqlarını və hazırladıqları araşdırma hesabatına görə, Trampın İŞİD strategiyasında iki dəyişiklik etdiyini söyləmişdi. Mattisə görə, həmin dəyişikliklər bunlardır- gücdən istifadə etmək səlahiyyətlərinin sahədəki komandirlərə verilməsi və İŞİD-in güclü olduğu şəhərlərdə mühasirəyə alaraq yox edilməsi.

 

Müdafiə naziri birinci dəyişikliyin İŞİD-ə qarşı zamanında addım atmaq üçün lazımlı olduğunu, ikinci dəyişiklidəki məqsədin isə təşkilatın əlindəki şəhərlərdə olan xarici döyüşçülərin qaçmasını maneə törətmək olduğunu söyləmişdi.

 

Sözügedən dəyişikliklərin İŞİD-i daha sürətli şəkildə yox etmək baxımından əhəmiyyətli olduğu önə sürülsə də, bu strategiyanın mülki itkiləri və şəhərlərin infrastrukturlarının məhvini artıracağı və İŞİD ilə mübarizənin əhatə dairəsinin genişlənməsinə və mövcud missiyanın öz əndazəsindən sapmalara yol açacağını söyləmək mümkündür.

 

ABŞ-ın eks-prezidenti Barak Obama gücdən istifadə etmək səlahiyyətini Vaşinqtonda tuturdu. ABŞ-ın "aktiv döyüş sahəsi” olaraq bilinən Suriya və İraqda təkrarlanan hava hücumları xaricində, xüsusilə qeyri-yaşayış sahələrinə edilən hücumlar və ya terror təşkilatına aid düşərgələrə qurudan edilən basqınlar, İŞİD əleyhdarı koalisiya olan Birləşmiş Xidmət Gücünün Birləşmiş Hava Hərəkat Mərkəzində (CAOC) analiz edilib uyğun variantlar Mərkəz Qüvvələr Komandirliyinə (CENTCOM), oradan da Müdafiə Nazirliyinə (Pentaqon) gəlirdi. Pentaqonun Ağ Evdən aldığı təsdiqdən sonra əməliyyat həyata keçirilirdi.

 

Eyni şəkildə, Amerikan əsgərlərinin sahədəki sayı və ya mövqeləri və təkrarlanan hava hücumlarında istifadə edilən təyyarələr xaricində digər hərbi ünsürlər də yenə Vaşinqton tərəfindən təyin olunurdu.

Obama rəhbərliyinin bu strategiyasının arxasında hərbi əməliyyatların nəzarətdən çıxma riskini minimuma endirib ABŞ-ın daha geniş diametrli qarşıdurmalara girməsinin qarşısını almaq və əməliyyatlarda mülki itkilər və infrastruktur dağıntıları mövzusunda siyasi iradəyə dərininliyinə fikirləşmək və qiymətləndirmək şansı vermək vardı.

 

Pentaqon cəmiyyətə açıq şəkildə və ya rəsmi olaraq ifadə etməsə də, səlahiyyətlərinin məhdudlaşmasından narahat idi. Konqresdə istər CENTCOM Komandiri Cozef Votel, istərsə də Ümumi Qərargah Başçısı Cozef Dunford, səlahiyyətlə bağlı suallara yayınaraq cavablar verirdi.

 

Tramp Obamadan miras qalan strategiyanın böyük qismini qorudu

 

 

Obamanın İŞİD-lə mübarizə strategiyasını; təşkilata qarşı hava hücumu təşkil etmək, təşkilatın maliyyə qaynaqlarını qurutmaq, bölgədəki yerli müttəfiq qüvvələrə təlim və silah dəstəyi verərək təşkilatın təkrar dirilməsini maneə olmaq, təşkilatın ideologiyasına qarşı mübarizə etmək və təşkilatdan alınan bölgələri təkrar inşa etmək üçün beynəlxalq dəstəyi təmin etmək kimi beş ana başlıqda toplamaq mümkündür. Tramp da bu strategiyanı böyük ölçüdə qorudu.

Bununla belə, Tramp öz vəzifəsini dövr almadan əvvəl səlahiyyətlərin sahədəki komandirlərə verilməsinə Pentaqonun hazırlaşdığı bilinirdi. Trampın Pentaqona ilk ziyarətini reallaşdırmadan qısa bir müddət əvvəl Anadolu Agentliyinə danışan bir ordu səlahiyyətlisi, komandirlərin İŞİD-lə mübarizə strategiyasında dəyişikliyə hazırlıqlaşdığını etiraf etmişdi. Eyni zamanda Mattisin də mətbuata sızan birsəhifəlik ərizəsində hərbi gücdən istifadə səlahiyyətlərinin sahədəki komandirlərə verilməsi tələb olunurdu.

 

Tramp hakimiyyətə gələndən yalnız bir həftə sonra-28 yanvarda Pentaqon ziyarəti əsnasında ABŞ ordu rəhbərlərinə İŞİD-lə mübarizəni sürətləndirəcək plan hazırlaması təlimatını verdi. Pentaqon da əhəmiyyətli ölçüdə gizli qalan bir planı Ağ Evə mart ayında təqdim etdi. Rəsmi olaraq açıqlanmasa da, həmin dəyişikliyin mart ayında tətbiq edilməyə başlandığı düşünülür. Pentaqon ilk dəfə Mattis tərəfindən rəsmi olaraq açıqlanan dəyişiklikləri brifinqdə dilə gətirsə də, bunların dəyişiklik olmadığını vurğuladı.

 

Edilən dəyişikliklər mülki itkiləri artırdı

 

 

Mart ayında İraq və Suriyada ağır mülki itkilər diqqəti cəlb etmişdi. Ancaq Pentaqon sivil vətəndaşlar məsələsində Tramp hakimiyyətini hər hansı güzəştə getmədiyini müdafiə edirdi. Pentaqonun açıqlamalarında ABŞ liderliyindəki koalisiya qüvvələrinin hücumlarında cəmi 396 mülki vətəndaşın həyatını itirdiyini ifadə edilsə də, mövzuyla əlaqədar araşdırma aparan qeyri-hökumət təşkilatları Trampın yalnız ilk üç aylıq hakimiyyəti dövründəki vətəndaş itkisinin mindən çox olduğunu irəli sürürlər.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Hələbin Cina kəndi yaxınlığında 17 mart tarixində hava hücumu həyata keçirdiyini açıqladı. Hücumda ən az 58 adam həyatını itirdi. Pentaqon həmin əməliyyatda məscidi hədəf almadıqlarını, bu ibadət yerinin qarşısındakı böyük bir binanın vurulduğunu açıqlasa da, binanın məscidlə nə əlaqəsi olduğunu izah edə bilmədi. Pentaqonun başlatdığı araşdırma hələ də tamamlanmayıb.

 

ABŞ-ın Mosulun qərbində yenə eyni zaman dilimində həyata keçirdiyi hava hücumunda təxminən 230 vətəndaşın həyatını itirdiyi iddia edildi. Pentaqon iddia ilə əlaqədar rəsmi istintaq araşdırması açarkən, hücumların qurudan edilən dəstək çağırışına cavab olaraq reallaşdırıldığını bildirib.

 

Ayrıca eyni dövrdə ABŞ Raqqa yaxınlığında, Fərat çayının cənubundakı Mansura diyarında bir məktəb binasını hədəf aldı. Yerli qaynaqlara görə, yüzlərlə qaçqının sığınacaq yeri kimi istifadə etdiyi məktəbdə 40-a yaxın qaçqın həyatını itirdi. ABŞ binanın İŞİD tərəfindən istifadə olunduğunu bildirərək, sivil itkiylə bağlı iddiaları rədd edir.

 

Bundan başqa, sayları az olsa da, ABŞ-ın vətəndaş itkilərə gətirib çıxaran bir çox hava hücumu keçirdiyi iddia edilir. Anadolu Agentliyinin Pentaqondan aldığı məlumatlara görə, həmin ağır mülki itkilərin yaşandığı Suriya və İraqdakı hücumların hamısı bölgədəki komandirlər tərəfindən planlaşdırıldı və qərar yenə özləri tərəfindən verildi.

 

Şəhərlərdə təxribat qaçınılmazdır

  

İŞİD-lə mübarizə strategiyasında təşkilatın əlindəki şəhərlərin tamamilə mühasirəyə alınıb İŞİD-çilərin yox edilməsi şəklində edilən dəyişikliyin şəhərlərdəki təxribatı qaçınılmaz hala gətirdiyi ifadə edilir.

 

Bütün konvansional döyüşlərdə olduğu kimi, İŞİD-in əlindəki şəhərlərin ətrafı sarılarkən, şəhərdəki infrastrukturun daha az təxribata məruz qalması üçün terrorçulara şəhərdən qaça bilmələri üçün yol buraxılırdı. Mattis bu strategiyanı dəyişdirməkdəki əsas hədəfin şəhərdəki xarici terrorçuların qaçmasını maneə törətmək olduğunu açıqlayıb. Ancaq bu dəyişikliyin şəhərlərdə yol açacağı təxribata isə heç toxunmayıb. Halbuki, tamamilə mühasirəyə alındığını fərq edən təşkilatın yox olanadək döyüşməsi halında, şiddətli küçə qarşıdurmalarının yaşanacağı və bunun təbii nəticəsi kimi şəhərlərdəki təxribatların artacağı ehtimal olunur.

Pentaqon isə bu mövzuda fərqli düşünür. Pentaqona görə, İŞİD əldədüzəlmə partlayıcılarla minalarla və qaçmaq üçün açdığı tünellərlə, onsuz da, şəhərlərin infrastrukturlarını istifadəedilməz hala gətirir. İraqda Ramadi, Beycə və Mosulun şərqini, Suriyada isə Menbiç mahalındakı təxribatı nümunə göstərən ordu yetkililəri Raqqanın müdafiə məqsədilə daha çox tələlərlə təchiz edilmiş ola biləcəyini düşünürlər.

 

Səlahiyyətlərin artırılması missiyaları da genişləndirə bilər

  

İŞİD-lə mübarizədə Obama dövründə də Konqresin şahinləri tərəfindən tez-tez dilə gətirilən "missiya genişlənməsi" riski səlahiyyətlərin mülki iradədən komandirlərə verilməsiylə daha da artdı.

Rəsmi rəqəmlərə görə, ABŞ-ın Suriyada 900, İraqda isə 1262 əsgəri var. Bu qüvvələrlə yanaşı, sayları bilinməsə də, bölgədə tez-tez məkanlarını dəyişən, müvəqqəti vəzifələr həyata keçirən əsgərlərin olduğu da Pentaqon tərəfindən etiraf edilir. Bu durum Obama dövründə də mövcud idi. Ancaq Tramp dövründə, bu şəkildə bölgəyə yerləşdirilən əsgərlərin bir qismindən İŞİD-lə mübarizədən kənar bəzi vəzifələr icra etmək üçün də istifadə edildi. Məsələn, Menbiç'te PYD / PKK silahlılarını Azad Suriya Ordusundan qorumaq üçün keşik çəkən hərbi birliklərin Vaşinqton tərəfindən deyil, bölgədəki komandirlər tərəfindən vəzifələndirildiyi ortaya çıxmışdı. Eyni zamanda Türk Silahlı Qüvvələrinin Suriyanın Karaçok bölgəsinə keçirdiyi hava hücumundan sonra ABŞ-ın zirehli texnikalrının PYD / PKK terror təşkilatının hərbi qolu olan YPG-ni qorumaq üçün bölgəyə göndərilməsini də bu komandirlərin əmr etdiyi bildirilir.

Yenə PYD / PKK-nın liderlik etdiyi Suriya Demokratik Güclərinin (SDG) Fərat çayının cənubundakı Tabka şəhərinə yaxın bir bölgəyə vertolyotlarla daşınması və ilk dəfə “Apaçi” tipli Amerika hücum helikopterlerinin istifadə edilməsi qərarının da bölgədəki komandirlərin verdiyi müəyyən edilib.

 

Status-kvo rəsmiləşdi

  

Keçdiyimiz günlərdə başda ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandiri olmaqla, sahədəki hərbi rəhbərlərin siyasi iradədən və Pentaqondan müstəqil şəkildə qərar alıb hərəkətə keçmələri tənqidə məruz qalmış, Anadolu Agentliyi 29 sentyabr 2016 tarixində nümayiş "CENTCOM öz döyüşünümü davam etdirir?" başlıqlı yazıda bu iddiaları analiz etmişdi.

Koalisiyanın 17 sentyabr 2016-cı il tarixində Deyr əz-Zurdakı bir Suriya hərbi bazasına hücumu, 60-dan çox Suriyalı əsgərin ölümünə səbəb olmuş və bu hadisə onsuz da hər kəs tərəfindən 'kövrək' olaraq xarakterizə edilən atəşkəs (cessation of hostilities / CoH) razılaşmasının beşinci gününə təsadüf etmişdi. Hədəfin Birləşmiş Müştərək Hərbi Xidmət Gücü (CJTF) tərəfindən iki gün ərzində müşahidə edildiyi və vurulması lazım olan İŞİD hədəfi olaraq təsdiq edildiyi ortaya çıxmışdı.

Bu hücumdan yalnız iki gün sonra - 19 sentyabrda rejim güclərinin mühasirəsi altındakı Hələbin müxaliflərin əlində olan bölgələrinə humanitar yardım vəsaitləri daşıyan Qırmızı Aypara karvanına edilən hücumda da bir çox mülki vətəndaş həyatını itirmiş, bir xəstəxana və bir yardım mərkəzi xəsarət almışdı. Dəməşq hər hansı bir aidiyyətinin olduğu iddialarını qəti bir şəkildə təkzib etsə də, bu hücum müşahidəçilər tərəfindən Suriya hərbi bazasına 17 Sentyabrda keçirilən CENTCOM hücumunun Ruslarda və Suriya mərkəzi hökumətində yaratdığı böyük xəyal qırıqlığının və ortaq ehtirasın bir işarəsi olaraq şərh olunmuşdu.

 

CENTCOM komandiri haqqında narahatlıqlar

 

Deyr əz-Zurdakı Suriyalı güclərin "səhvən" hədəf alınmış olması, həqiqətən də sonrakı proseslərin qədərini dəyişdirəcəkdi. Bu hücumun CENTCOM-un "özfəaliyyəti” olduğu irəli sürülmüşdü. Hətta hücumun Suriyanın 13 sentyabrda hava sahəsinə girən İsrail döyüş təyyarələrinə raket hücumuna cavab olaraq CENTCOM tərəfindən 'qəsdən' törədildiyini iddia edənlər belə ortaya çıxmışdı.

 

2015-ci ilin mayında bir ABŞ kəşfiyyatçısının şikayətinə əsasən, CENTCOM komandiri Votelın bölgədə toplanan kəşfiyyat məlumatlarını təhrif etdiyi iddialarını ələ alan ABŞ Nümayəndələr Palatasl Müştərək Araşdırma Qrupu isə 2015-ci ilin dekabrında başlatdığı araşdırmanın nəticələrini "narahatverici" olaraq qiymətləndirmişdi.

Kasım İleri (WASHINGTON)

Sadələşdirdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 092          Tarix: 24-05-2017, 22:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma