İsrail Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələrinin yarıdan çoxunu artıq zərərsizləşdirib və tam qələbə qazanana qədər fəaliyyətini dayandırmaq niyyətində deyil.
Bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu ordu bazalarından birinə səfəri zamanı bildirib.
Hərbçilərlə ünsiyyətdə olan Netanyahu onların yüksək döyüş ruhunu qeyd edib və Qəzza zolağında qələbənin artıq “yolda” olduğunu vurğulayıb.
“Bizim hesablamalarımıza görə, biz onların qüvvələrinin yarıdan çoxunu, yəni 24 batalyonundan 18-ni məhv etmişik. Qalan terrorçulara qarşı aktiv təmizləmə reydləri həyata keçiririk. Biz son qələbəyə doğru gedirik və bundan əl çəkməyəcəyik. İsrail həm cənubunda, həm də şimalında təhlükəsizliyi bərpa edəcək”, - Netanyahu bildirib.
Eyni zamanda, baş nazir İsrailin Qəzza zolağında tam qələbəyə nail olmasını İran üçün ölümcül zərbə adlandırıb.
“Yekun qələbə vacibdir, çünki o, İsrailin təhlükəsizliyini təmin edir. Tam qələbə artıq göz qabağındadır. Bu, İran, “Hizbullah”, husilər və təbii ki, HƏMAS-dan ibarət şər oxuna ölümcül zərbə vuracaq”, - Netanyahu bəyan edib.
Mənbə: TASS
Paylaş: