Rusiya ilə müharibəyə hazır olmalıyıq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.
O bildirib ki, nə qədər istəsələr də, Ukraynada müharibə yaxın vaxtda bitməyəcək: “Biz Rusiyanın Finlandiya və İsveçin NATO-ya qoşulmasına cavab olaraq addım atmasına və vəziyyəti daha da gərginləşdirməsinə hazır olmalıyıq”.
“Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. Avropa buna hazır olmalıdır”,- nazir söyləyib.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.
Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib.
Paylaş: