Xəbər lenti

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika ordusunu və müttəfiqlərinin təhlükəsizliyini riskə atır.

Musavat.com-un xəbərinə görə, Stoltenberq bu barədə Trampın Rusiyadan müdafiəyə kifayət qədər pul ayırmayan NATO üzvü ölkələrini müdafiə etməyəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən danışıb:

“Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla bütün təhlükəsizliyimizi pozur, Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur”.

NATO baş katibinin sözlərinə görə, o, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-ın güclü və sadiq NATO müttəfiqi olaraq qalacağını gözləyir.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya müdafiəyə az sərmayə qoyan NATO ölkəsinə hücum edərsə, Rusiyanı “istədiklərini etməyə” çağıracaq. Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı Tramp Rusiyanın hücum edəcəyi təqdirdə onların müdafiə olunub-olunmayacağını soruşan “böyük ölkənin” prezidenti ilə söhbətini danışıb. Tramp bildirib ki, bu ölkənin liderinə cavabı ABŞ hökumətinin müdafiə xərclərində ədalətli payını ödəmədiyi təqdirdə bloku müdafiə etməyəcəyidir:

“Xeyr, səni müdafiə etməzdim. Əslində mən onlara deyərdim ki, nə istəyirlərsə, etsinlər. Siz ödəməlisiniz. Hesablarınızı ödəməlisiniz”.




Ana səhifəyə qayıt        Baxış: 3 326          Tarix: 12-02-2024, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma