Xəbər lenti

“Almaniyada denasifikasiya (müharibədən sonrakı Almaniya və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi - red.) tamamlanmayıb”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bundesver hərbçilərinin Krım körpüsünə mümkün hücumla bağlı mediaya sızdırılmış söhbətləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, almanlar vəziyyəti dəyişməsələr, Almaniya üçün nəticələr dəhşətli olacaq.

Zaxarovanın fikrincə, Qərb planlaşdırdığı və böyük ölçüdə həyata keçirdiyi dağıdıcı hərəkətlərə görə cavab verməyə borcludur. O hesab edir ki, Berlin məsuliyyət daşımalıdır.

Mənbə: NEWS.ru




Ana səhifəyə qayıt        Baxış: 2 847          Tarix: 4-03-2024, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma