Ermənistan sülh şəraitində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanla AB arasında yaxınlaşmanı şərh edərkən deyib.
O bildirib ki, Ukraynaya da bu kimi vədlər verib, sonra onu tərk ediblər:
“İrəvanın başına belə bir işin gəlməsini istəməzdim. Ermənistan soyqırımları, suverenliyini, mədəniyyəti uğrunda mübarizəni, mürəkkəb ərazi mübahisələrini və münaqişələri əhatə edən çətin tarixi yol keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir. Rusiya Ermənistana səmimiyyətlə sülh arzulayır. İstər bu ölkəyə, xalqa məhəbbət baxımından, istərsə də praqmatizm baxımından bu dövlətə sülh, sabitlik və firavanlıq arzulayırıq, çünki bütövlükdə regionun rifahı bundan asılıdır. Təəssüf ki, Qərb Ukrayna ilə oynayıb, sonra onu “sındırıb”, Kiyevi qolu və ayağı olmayan oyuncaq kimi küncə ataraq yeni qurban axtarmağa başlayıb. Qoy aldanıb şirnikləndirilən bu yeni qurban Ermənistan olmasın”.
Zaxarova qeyd edib ki, bəzi erməni xadimləri AB-nin artan diqqətini dərdə çarə kimi görürlər:
“Daha dərindən baxmaq lazımdır. Bu, həm də güzgü göstərən və yerli əhalinin sahib olduğu ən qiymətli əşyaları onunla dəyişdirən ağ adamın xarakterik xüsusiyyətidir. Təəssüf ki, Ermənistanın bir sıra siyasi xadimləri ölkənin Qərb geosiyasətinin bir alətinə, əyləncəsinə çevrildiyini düşünmürlər”.
Paylaş: