Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Zərdarini prezident seçilməsi münasibətilə təbrik edib.

İki ölkə arasında əlaqələrin hər sahədə inkişafını gözlədiyini deyən Ərdoğan yeni dövrün Pakistan üçün faydalı olacağına ümid etdiyini bildirib.

Bu ölkədə törədilən terror aktlarını pisləyən Ərdoğan Türkiyənin terrorla mübarizədə Pakistanın yanında olmağa davam edəcəyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 627          Tarix: 12-03-2024, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma