Xəbər lenti

Qəzza zolağında tam atəşkəs HƏMAS liderlərinin anklavı tərk etməsindən, eləcə də onun infrastrukturunun dağıdılmasından sonra mümkündür.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Taylanda rəsmi səfəri zamanı "Reuters"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlarda fasilə Qəzza zolağında girovların azad edilməsinə imkan verməlidir: “Bu fasiləni daimi atəşkəsə çevirməliyik. Bunu yalnız bir çox şərtlər yerinə yetirildiyi təqdirdə edəcəyik. HƏMAS liderlərini Qəzzadan çıxarmalı, terror infrastrukturunu dağıtmalıyıq”.




Ana səhifəyə qayıt        Baxış: 3 181          Tarix: 20-03-2024, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma