Xəbər lenti

Ermənistan ordusunda silah-sursat, ərzaq, dərman vasitələrilə yanaşı, içməli su problemi də var.

Publika.az
 xəbər verir ki, xüsusilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən erməni hərbi birləşmələrində əsgərlərin içməli su ilə təminatı acınacaqlı vəziyyətdədir.

Məlumatlara görə, bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrinə içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb. Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib. Hadisə ictimaiyyətdən gizlədilsə də “DQR” “kənd təsərrüfatı naziri” Aram Mxoyan, “ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini” Artur Qabrielyan və yerli “hərbi komandanlığın” iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib. 




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 4-08-2017, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma