Xəbər lenti

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Yasat bölgəsi ilə bağlı uzun müddətdir davam edən ərazi mübahisəsi ilə bağlı BMT-yə rəsmi şikayət edib.

Xüsusilə, şikayət BƏƏ əmirinin Əl Yasatı qorunan dəniz ərazisi kimi təyin edən fərman ilə bağlı olub. Səudiyyə Ərəbistanı bu fərmanı “beynəlxalq hüquqa zidd” adlandıraraq etiraz edib.

Qeyd edək ki, Əl Yasat Abu Dabinin ən cənub nöqtəsi yaxınlığında yerləşən, bir qrup adaları özündə birləşdirən və böyük ekoloji, tarixi əhəmiyyətə malik dəniz qoruğudur.

Mənbə: Caucasian bureau




Ana səhifəyə qayıt        Baxış: 2 923          Tarix: 28-04-2024, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma