Xəbər lenti

PKK terror təşkilatına bağlı qüvvələrin fəaliyyət göstərdiyi Suriyanın şimalında 11 iyun seçkisi yaxınlaşdıqca Ankaradan sərt bəyanatlar gəlir. Hərbi mənbələr seçkinin qəbuledilməzliyi və ona bitişik ərazilərdə transsərhəd əməliyyatı keçirilmə ehtimalı barədə xəbərdarlıq edir.

"Qondarma seçkiyə hazırlıq Suriyanın ərazi bütövlüyü baxımından qəbuledilməzdir, bu regionda əmin-amanlığın və sülhün təmin edilməsi səylərinə mənfi təsir göstərə bilər. Bir daha xəbərdarlıq edirik ki, İraq və Suriyada ələ keçirilən torpaqları terror yuvasına çevirən PKK və ona dəstək verənlər məhv ediləcək. Təhlükəsizliyimizə təhdidlərə və qonşularımızın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyik", - Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən verilən məlumatda bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 30-da "EFES - 2024" hərbi təlimində bunları həyata keçirmək planlarını aqressiv hərəkətlər adlandırıb və vurğulayıb ki, Türkiyə PKK və onun arxasında duran qüvvələrin, əsasən də ABŞ-nin Suriya və İraqın şimalında terror dövləti yaratmasına heç vaxt icazə verməyəcək.

Mənbə: Hürriyet




Ana səhifəyə qayıt        Baxış: 2 565          Tarix: 31-05-2024, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma