Xəbər lenti

Türkiyə xarici işlər naziri Hakan Fidanın BRİKS-lə bağlı açıqlaması tarixi, faktiki olaraq dönüş anıdır.

Axar.az xəbər verir ki, bunu Rusiyalı ultra-mühafizəkar filosof və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin deyib.

“Bu oriyentasiya ilə Türkiyə müstəqilliyini gücləndirəcək. Bütün çətinliklərə baxmayaraq, Türkiyə müxtəlif qütblər arasında tarazlığı qoruyub saxlaya bildi. Ancaq bir adam eyni anda iki stulda otura bilməz. Türkiyənin balans siyasəti bu şəkildə davam edə bilməz. Türkiyə yolayrıcına yaxınlaşır”, - Dugin bildirib.

Onun sözlərinə görə, Türkiyənin BRİKS üzvlüyü onun NATO-dan çıxmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Türiyə xarici işlər naziri Hakan Fidan Ankaranın BRİKS-ə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 3 444          Tarix: 13-06-2024, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma