Xəbər lenti

ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir.

Publika.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Agentlik bildirir ki, Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib. Tillerson qeyd edib ki, o Manilada görüşdə rusiyalı həmkarına Moskvanın mövqeyi haqqında bir neçə sual verib.

ABŞ xarici siyasət idarəsinin başçısı Vaşinqtonun cavab reaksiyasının necə olacağını isə dəqiqləşdirməyib.

Qeyd edək ki, amerikalı diplomatların göndərilməsi barədə qərar ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların qəbulundan sonra atılıb. Sənəd artıq prezident Donald Tramp tərəfindən imzalanıb. Məhdudiyyətlərin yeni paketi 2014-cü ilin əvvəlindən sonra ən genişmiqyaslı olub. Sənəd əsasən Rusiyanın energetika sektorunu hədəf alır.

Moskva ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-nə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-nə qədər Rusiyanı tərk etməlidir.




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 7-08-2017, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma