“ABŞ tərəfindən nüvə təhlükəsi və düşmənçilik qaldığı müddətdə Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının nüvəzisləşdirilməsi məsələsini müzakirə etməyəcək”.
Publika.az xəbər verir ki, bu haqda Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) ölkə hökumətinin bəyanatına istinadən yazıb.
Bəyanatda bildirilir ki, ABŞ tərəfindən nüvə təhlükəsi qaldığı müddətdə Pxenyan dövlətin nüvə gücünün artırılması yolundan dönməyəcək.
Xatırladaq ki, Şimali Koreya iyulun 29-da ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.
Raket sınağına cavab olaraq BMT Təşhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib.
Paylaş: