Xəbər lenti
 
 
Bu gün İngiltərənin Avropa Birliyindən ayırıldığı elan ediləcək.  
Ovqat.com xəbər verir ki, Britaniyanın Baş naziri Teresa Mayın imzalayacağı ayrılıq bəyannaməsiylə ilk dəfə bir üzv ölkə Avropa Birliyinə əlvida deyəcək.
2007-ci ildə AB üzvlərinin qəbul etdiyi Lissabon Nizamnaməsinə görə, Birləşmiş Krallığım ittifaqdan ayrılmasının müzakirəsi 2 il davam edəcək. Bu iki il ərzində 27 ittifaq üzvü ilə London arasında ciddi sövdələşmənin gedəcəyi güman olunur.
Müzakirələrdə önə çıxacağı gözlənilən əsas məsələ “boşanma təzminatı”nın miqdarıyla bağlıdır. Brüssel Londondan bu addımı atması üçün 60 milyard evro təzminat istəyir. London isə beş quruşundan belə, keçmək istəmir.
Tarixin ən bahalı “boşanma” prosesinin nəylə nəticələnəcəyi isə bilinmir.



Ana səhifəyə qayıt        Baxış: 1 265          Tarix: 29-03-2017, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma