Xəbər lenti

Ukrayna prezidenti Poroşenko ilə Saakaşvili arasında gərginlik Ukrayna cəmiyyətinə də təsir göstərməkdə, cəmiyyət daxilindəki ziddiyyətləri artırmaqdadır. 
Maraqlıdır, Rusiya Ukrayna cəmiyyətindəki bu narazılıq və qarşıdurmadan öz mənafeyi üçün istifadə edə, yeni torpaqların işğalını həyata keçirə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Cəmiyyətin bəlli bir kəsiminin Poroşenkoya qarşı öz narazılığını ifadə etməsi o demək deyil ki, bu kəsim Rusiyaya meyllidir. Və ya bu o demək deyil ki, onlar Poroşenkonun Rusiya ilə bağlı apardığı siyasətdən narazıdırlar. Saakaşvili əslində Qərbyönlü siyasətçidir. Onun əsas iddiası bundan ibarətdir ki, Poroşenko Qərb standartlarına uyğun hərəkət etmir. Oliqarxik qrupların, dairələrin maraqlarını müdafiə edir. 
Təbii ki, Rusiya istəyir ki, Ukrayna cəmiyyətində rusmeyilli qüvvələrin mövqeyi möhkəmlənsin. Həm Saakaşvilini, həm də Poroşenkonu dəstəkləyən qüvvələrin mövqeyi ruspərəst qüvvələrin mövqeyi ilə üst-üstə düşmür. Bu baxımdan Rusiya çətin ki, Ukrayna cəmiyyətindəki bu ziddiyyətdən istifadə edə bilsin. Rusiya sadəcə bu ziddiyyətləri Rusiya cəmiyyəti və ruspərəst qüvvlərə belə təqdim edir ki, artıq Ukrayna cəmiyyətində vətəndaş müharibəsi təhlükəsi elementləri var. Bunun da əsas səbəbkarı guya Qərbdir”.

 




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 8-08-2017, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma