Xəbər lenti

Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq olunub və elan edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, nazirlərin siyahısını Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler açıqlayıb.

Demokratik Hərəkat Partiyasından Avropa məsələləri üzrə keçmiş nazir nümayəndəsi Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Avropa İttifaqının çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş prezidentin İntibah partiyasından olan Stefan Sejourneni əvəz edəcək.

Fransa Silahlı Qüvvələrinə rəhbərliyi Sebastyen Lekorn davam etdirəcək.

Fransa mətbuatının qeyd etdiyi kimi, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi rəhbərləri postları ənənəvi olaraq ehtiyatda saxlanılır və adətən onlara prezidentin təklif etdiyi namizədlər təyin edilir.




Ana səhifəyə qayıt        Baxış: 3 195          Tarix: 21-09-2024, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma