"Belarus öz müdafiə qabiliyyətini daha da gücləndirməli və mümkün müharibəyə hazırlaşmalıdır".
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, bunu Respublika Prezidenti Aleksandr Lukaşenko Obuz-Lesnovski hərbi poliqonunda keçirilən müşavirədə bildirib.
"Köhnə düstur: Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bir daha vurğulamaq istəyirəm ki, biz döyüşmək fikrində deyilik, döyüşmək istəmirik... Rəqiblərimizin hamısı bunu dinləyirlər, amma öz işlərini görürlər, bizə qarşı hazırlaşırlar. Buna görə də döyüşə hazırlaşmaq lazımdır. Kaş ki, bu müharibə olmasın", - deyə dövlət başçısı bildirib.
Eyni zamanda, o qeyd edib ki, vəziyyət gərgin olaraq qalsa da, Belarus hakimiyyəti indiyədək "ölkəyə qarşı müharibəyə başlamaq meyllərini" müşahidə etməyib.
Lukaşenko həmçinin bildirib ki, Ukraynada və dünyanın digər yerlərində baş verən münaqişələr fonunda Belarus artıq son illər ərzində orduda dörd dəfə islahatlar keçirib.
Paylaş: