Xəbər lenti

“Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyaya hücum etməkdə və ya Koreya yarımadasını zorla birləşdirməkdə maraqlı deyil”.

“Report” xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In deyib.

“Düzünü desəm, Cənubi Koreyaya hücum etmək fikrimiz belə yoxdur. Sadəcə bu fikir məni ürküdür, mən bu insanlarla üz-üzə durmaq belə istəmirəm. Bundan əvvəl biz cənubun bir növ azad edilməsindən çox danışdıq, hətta zorla birləşmədən də danışdılar. İndi buna qətiyyən maraq yoxdur”,-deyə o, vurğulayıb.

O xatırladıb ki, Pxenyan iki dövlətin mövcudluğunun faktiki tanınmasını nəzərdə tutan kurs elan edib: “Amma problem ondadır ki, onlar bizimlə ayaqlaşa bilmirlər”.




Ana səhifəyə qayıt        Baxış: 2 933          Tarix: 8-10-2024, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma