Xəbər lenti

ABŞ hökuməti bir neçə ərəb ölkəsi ilə birlikdə Yaxın Şərqdə atəşkəs və sülhün bərpası üçün İranla gizli danışıqlar aparır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat verib.

Təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışıq əldə etməsini nəzərdə tutur. Eyni zamanda, İsrail bu danışıqlarda tərəf olmasa da, danışıqların gedişatı barədə məlumatlandırılıb.

Kanal qeyd edir ki, İsrail hökuməti bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik ABŞ-yə bildirməyib.

"Hazırda biz güclü mövqedəyik, atəşkəs bizim şərtlərimiz əsasında olacaq, o cümlədən "Hizbullah" qüvvələrinin El-Litani çayından o tərəfə çıxarılması və sərhəd yaxınlığında "Hizbullah"ın bütün hərbi infrastrukturunun məhv edilməsi məsələləri", - deyə yüksək rütbəli İsrail rəsmisi telekanala bildirib.

Yüksək rütbəli Qərb diplomatı öz növbəsində telekanala deyib ki, İsrail qırıcıları Beyruta zərbələr endirməyə başladıqdan sonra Livanın mövqeyi İsraillə sülh və Qəzza zolağında atəşkəs tələblərindən imtina yönündə dəyişməyə başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 583          Tarix: Dünən, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma