Xəbər lenti

İranın son hücumlarına İsrailin mümkün cavabını gözləyərkən, Tehran tam döyüş hazırlığında olmağı ordusuna əmr edib. İranın Ali Rəhbəri Xamenei İsrail hücumları halında hərbi planların hazırlanmasının vacibliyini qeyd edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı "New York Times"a istinadən xəbər yayıb.

Məlumata görə, cavab tədbirlərinin miqyası İsrail zərbələrinin ağırlığından asılı olacaq. Əgər hücumlar əhəmiyyətli ziyan vurarsa, İran 1000-ə qədər ballistik raket buraxmaq və regionda İranı dəstəkləyən qrupların hücumlarını aktivləşdirmək imkanını nəzərdən keçirə bilər.

Ölkə boyu vətəndaşlar arasında İranın silahlı münaqişədə iştirakı ilə bağlı narahatlıq artır. Bir çox iranlılar narazılıq ifadə edir və nəticələrdən ehtiyat edirlər, onların həyatına heç bir aidiyyəti olmayan müharibədə iştirak etmək istəmədiklərini qeyd edirlər.




Ana səhifəyə qayıt        Baxış: 3 912          Tarix: 25-10-2024, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma