Xəbər lenti

Çin lideri Si Szinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təbrik teleqramı göndərib.

Axar.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.

Çin lideri qarşıdurmanın hər iki ölkə üçün zərərli olduğunu, ölkələrin əməkdaşlığı inkişaf etdirməkdən faydalana biləcəyini qeyd edib:

“Tarix göstərir ki, həm Çin, həm də ABŞ əməkdaşlığı inkişaf etdirməkdən faydalanır, qarşıdurmada isə uduzurlar. Sabit və sağlam Çin-Amerika münasibətlərinin qurulması hər iki tərəfin və dünya birliyinin maraqlarına cavab verir”.




Ana səhifəyə qayıt        Baxış: 3 337          Tarix: 7-11-2024, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma