Xəbər lenti

Donald Tramp respublikaçı Mayk Uoltsu özünün milli təhlükəsizlik müşaviri vəzifəsinə seçib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, bu təyinat Senatın təsdiqini tələb etmir, ona görə də Uolts Trampa milli təhlükəsizlik məsələləri ilə bağlı məlumat vermək və dövlət qurumları arasında səyləri əlaqələndirmək üçün birbaşa cavabdehdir.

Qeyd edək ki, Uolts Milli Qvardiyanın ehtiyatda olan polkovniki və keçmiş “yaşıl beretli”dir.




Ana səhifəyə qayıt        Baxış: 2 668          Tarix: 12-11-2024, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma