Xəbər lenti

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlaya bilər".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler "TV100" telekanalına müsahibəsində bildirib.

"Tramp əvvəlki prezidentliyi dövründə üç dəfə ABŞ-li əsgərlərin Suriyadan çıxarılması barədə göstəriş verdi. Lakin o zaman seçki ərəfəsi idi, ona görə də məsələ həllini tapmadı, eləcə qaldı. Düşünürəm ki, Tramp indi ciddi şəkildə bu məsələ üzərində dayanacaq və Suriyadan əsgərlərin çıxarılmasına nail olacaq", - deyə nazir bildirib.

Yaşar Gülər, həmçinin, Donald Trampın ikinci dönəmində Türkiyənin "F-16" və "F-35" qırıcılarının tədarükü ilə bağlı tələblərinin reallaşma imkanlarından da danışıb.

"Hazırda ABŞ-li dostlarımızla münasibətlərimiz olduqca müsbət yöndədir, hər hansı geriyə addım gözlənilmir. Düşünürəm ki, daha da irəli gedə bilər. 40 ədəd "F-16 Viper" almaq istəyirik və onlar alınacaq, müqavilələr də imzalanıb. Bundan sonra daha 40 ədəd "Eurofighter Typhoon" təyyarəsi alacağıq. Almaniya uzun müddətdir ki, bu təyyarələrin Türkiyəyə verilməməsi üçün müqavimət göstərirdi, amma nəticədə NATO-dakı dostlarımız - İngiltərə, İtaliya, İspaniyanın da töhfələri ilə Almaniyadan da nəhayət müsbət cavab verdilər", - deyə müdafiə naziri qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 273          Tarix: 13-11-2024, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma