Xəbər lenti

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin "Anadolu S" yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Hərəkatın sözçüsü husilərə məxsus "Əl Məsirə" telekanalında bəyan edib ki, "Yəmən donanması əməliyyat keçirərək, Qırmızı dənizdə olan "Anadolu S"ə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib".

Qeyd edək ki, İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsus "Anadolu S" Panama bayrağı altında üzür.




Ana səhifəyə qayıt        Baxış: 3 392          Tarix: 19-11-2024, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma