Xəbər lenti

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisinə və bir neçə freqatına hücum etdiklərini bildiriblər.

Musavat.com xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, husiləri Qırmızı dənizdə Britaniya gəmisinə, həmçinin Hind okeanı və Ərəbistan dənizində iki İsrail gəmisinə raket zərbələri endiriblər:

"Dəniz qüvvələri Qırmızı dənizdə əməliyyat keçirərək Britaniyanın "Hope Island" gəmisinə raketlərlə hücum edib. Onlar Fələstin limanlarına gedən iki İsrail gəmisinə qarşı da əməliyyat keçiriblər".

Y.Sariya bildirib ki, qrup Hind okeanı və Ərəbistan dənizində "Mediterranean Shipping Company"a (MSC) məxsus "Grace F" və "Gina" ticarət gəmilərinə hücum edib. Husilər həmçinin bir neçə Amerika freqatına qarşı dronlardan istifadə ediblər.

O qeyd edib ki, hücumlar son 72 saat ərzində baş verib

Məlumata görə, bu gün səhər saatlarında Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Husilərin Qırmızı dənizdə gəmiyə hücum etdiyini bildirib. Hücum Yəmənin Hodeyda limanından 60 dəniz mili cənub-qərbdə baş verib, ekipaj xəsarət almayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 850          Tarix: 7-04-2024, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma