Xəbər lenti

Dünyada ilk dəfə elm adamları Günəşdən ultrabənövşəyi işığın polyarizasiyasını müşahidə edərək Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, onlar bunu CLASP səsli raket sınaqlarının verdiyi məlumatları təhlil edərək həyata keçiriblər.

Məlumatlar göstərir ki, Günəş xromosferinin və keçid bölgəsinin strukturları gözləniləndən daha mürəkkəbdir. Hazırda CLASP layihəsində ultrabənövşəyi spektropolyarimetriya metodu işlədilib. Bu metod Günəş atmosferindəki aktivliyi daha yaxşı öyrənmək üçün üst xromosfer və keçid bölgəsində olan maqnit sahələrinin gələcək araşdırmalarında istifadə edilə bilər.

Yaponiyanın CLASP komandasının layihə rəhbəri Ryoko İshikava nəticələrin əhəmiyyətini qeyd edərək ultrabənövşəyi spektropolyarimetriyanın Günəş fizikası tədqiqatları üçün yeni bir pəncərə açdığını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 9-08-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma