Belarus və Rusiya İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında dövlətlərarası saziş bağlayıblar.
“Report” BELTA-ya istinadən xəbər verir ki, sənədi dövlət başçıları Aleksandr Lukaşenko və Vladimir Putin Minskdə keçirilən İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında imzalayıblar.
“Bu saziş Rusiya və Belarusun təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq və dövlətlərimizin gələcək dinc və davamlı inkişafı üçün şərait yaradacaq”, - Putin görüşdə deyib.
O bildirib ki, saziş Rusiya və Belarusun müdafiəsini, suverenliyini, müstəqilliyini və konstitusiya quruluşunu, İttifaq dövlətinin ərazilərinin bütövlüyü və toxunulmazlığını və xarici sərhədinin qorunmasını təmin etmək üçün qarşılıqlı müttəfiqlik öhdəliklərini müəyyən edir.
“Söhbət həmçinin Belarus Prezidentinin təklifi ilə Belarus Respublikası ərazisində yerləşən Rusiyanın taktiki nüvə silahlarından gedir”, - Rusiya lideri vurğulayıb.
Onun sözlərinə görə, bu, Belarus və Rusiyanın ərazi bütövlüyünün pozulmasının qarşısını alacaq, suverenliyini və müstəqilliyini qoruyub saxlayacaq, ən əsası isə hər iki ölkə vətəndaşları üçün dinc həyat təminatı yaradacaq.
Lukaşenko isə öz növbəsində qeyd edib ki, hətta Belarus və Rusiyanın təhlükəsizlik sahəsində yeni sənədlər hazırlamaq niyyəti artıq Qərbdəki “tərəfdaşları” həyəcanlandırıb
Paylaş: