Xəbər lenti

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına açıqlamasında bildirib.

"Əgər onlar öhdəliklərini yerinə yetirsələr, təbii ki", - deyə Tramp ABŞ-nin NATO-da üzvlüyünü saxlamaqla bağlı suala cavab verib.

O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Xatırladaq ki, Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Seçkidə qalib gələcəyi təqdirdə, o, ABŞ-ni Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, onun tərkibindən çıxacağı ilə hədələyib.




Ana səhifəyə qayıt        Baxış: 3 300          Tarix: 8-12-2024, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma