Xəbər lenti

Moskvanın Ryazansk prospektindəki yaşayış binasında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, binanın birinci mərtəbəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Rusiya Teleqram kanalları ölənlərdən birinin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov olduğunu yazıb.

Generalla birlikdə onu işə aparmağa gələn sürücüsü də ölüb. Onlar binanın çıxışında olarkən, partlayıcı qurğu işə salınıb.

***

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb.

İdarənin yaydığı ilkin məlumatda bildirilib ki, generalın ölümünə səbəb olan partlayıcı binanın girişindəki skuterin içərisinə yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 835          Tarix: Dünən, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma