Xəbər lenti

Müdafiə Nazirliyinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin komandiri İqor Kirillova qarşı yönəlmiş terror aktının sifarişçisi bu cür iş üsullarına laqeyd yanaşmayan Ukrayna hökumətidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanları bu işin araşdırılmasında səmərəli işləyir:

“Xüsusi xidmət, hüquq-mühafizə orqanlarımız işləyir, görürsünüz, səmərəli və cəld işləyir. Bu terror aktının təşkilatçılarının kimlər olduğu bəlli oldu. Bir daha təsdiqlənir ki, Kiyev hakimiyyəti terror iş üsullarından çəkinmir”.

Qeyd edək ki, Moskvada baş verən partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov qətlə yetirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 855          Tarix: Bu gün, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma