Xəbər lenti

Baku TV Ukraynanın Donetsk vilayətində ön cəbhədən reportaj hazırlayıb.

Bildirilib ki, hazırda ön cəbhənin Slavyansk rayonu istiqamətində, cəbhənin 4-5 kilometrlik ərazisində döyüşqabağı təlimlər mütəmadi olaraq keçirilir.

Oxu.Az xəbər verir ki, Ukrayna Ordusunun hərbçisi Baku TV-yə açıqlamasında bildirib ki, döyüş qrupları davamlı olaraq hazırlıqlarını təkmilləşdirirlər:

"Mənim və digər 2 həmkarımın işi döyüşçülərimizi hər günün tələbinə uyğun təkmilləşdirməkdir. Bildiyimiz kimi, müasir dövrdə müharibə sürətlə format dəyişdirir. Məsələn, 2 il əvvəl ilə müqayisədə indi ən təhlükəli manevrlər dronlardan gözlənilir. Əsasən individual əl qumbarası atan dronlardan. Tək onlarla iş yox, onlara qarşı müdafiə də əsas tapşırıqlardandır. Təbii ki, bu məqamlarda silahlardan daha sərrast və operativ atışlar şərtdir".

Qeyd edək ki, son günlər Rusiya Ordusu Donetsk vilayəti istiqamətində xeyli irəliləyib.




Ana səhifəyə qayıt        Baxış: 2 926          Tarix: Dünən, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma