Ukrayna hakimiyyətinin nümayəndələri Avropa İttifaqı ölkələrindən ukraynalı qaçqınlara yardımı dayandırmasını istəyirlər.
Musavat. com xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.
Nəşr qeyd edir ki, digər məsələlərlə yanaşı, hakimiyyət vətəndaşları vətənlərinə qayıtmağa məcbur etmək üçün hərbi yaşda olan kişilərin konsulluq xidmətlərindən məhrum edilməsini istəyir.
Bildirilir ki, eyni zamanda Kiyev yeni qanuna əsasən ikili vətəndaşlığa sahib ola biləcək şəxslərlə əlaqəni kəsməməyə çalışır.
Qəzet sorğu keçirib və məlum olub ki, xaricdə olan ukraynalılar vətənə qayıtmaq istəyirlər, lakin hazırda bunu etmək fikrində deyillər. Onlar təhlükəsizlik və münaqişənin bir daha baş verməyəcəyinə zəmanət istədiklərini deyirlər.
Sorğuda iştirak edən respondentlər tibb və təhsildə sabitlik, eləcə də məhdudiyyətsiz elektrik enerjisi istədiklərini bildiriblər.
Paylaş: