![](/templates/Wmediat51/images/vetendash.jpg)
Ərəb ölkələri İsrailin Baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanında Fələstin dövlətinin yaradılması təklifini şiddətlə qınayıblar.
Globalinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrail baş nazirinin bəyanatını qəbuledilməz sayıb.
Fələstin XİN isə Netanyahunun təklifini “irqçi və antisülh” və “Səudiyyə Ərəbistanının suverenliyinə və sabitliyinə zidd” adlandırıb.
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əş-Şeyx İsrailin bəyanatlarının Səudiyyənin suverenliyini hədəf aldığını, Netanyahunun şərhlərini “beynəlxalq hüququn və beynəlxalq konvensiyaların pozulması” kimi qiymətləndirib.
Misir də Netanyahunun şərhlərini “məsuliyyətsiz” adlandırıb.
Xatırladaq ki, Ər-Riyadın İsrail-Fələstin münaqişəsində ikidövlətli həlli zəruri saymasına cavab olaraq Benyamin Netanyahu fələstinlilərə Səudiyyə Ərəbistanı ərazisində dövlət yaradıla biləcəyini söyləyib.
Paylaş: