Xəbər lenti

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin ordularının sahib olduqları ballistik raketlərin sayını açıqlayıb.

Axar.az xəbər verir ki, SİPRİ-nin siyahısında Azərbaycan da var.

Bildirilib ki, ordumuzun arsenalında 4 ədəd ballistik raket mövcuddur.

Siyahıda Ermənistan da 16 raketlə yer alıb. İranın 100, qardaş Türkiyənin isə 322 ballistik raketi var.

Dünyada ən çox ballistik raketə malik ölkə isə Rusiyadır. Bu ölkənin silahlı qüvvələrinin arsenalında 1400-dən çox ballistik raket var. ABŞ 1300 raketlə ikinci, Çin isə 424 raketlə üçüncüdür.




Ana səhifəyə qayıt        Baxış: 3 638          Tarix: 14-02-2025, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma