Xəbər lenti

Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanın G7-yə qayıtması və formatın "Böyük səkkizliyə" çevrilməsi imkanını rədd edib.

“Report” xəbər verir ki, onun sözlərini LCI telekanalı yayımlayıb.

"Bu gün bu, ağlasığmazdır", - N.Barro bildirib.

Eyni zamanda nazir qeyd edib ki, əgər Ukraynada ədalətli sülh əldə olunarsa, Rusiyanın bu formata qayıtması imkanını istisna etmək olmaz.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanın G7-yə qayıtmasını təklif edib.




Ana səhifəyə qayıt        Baxış: 2 869          Tarix: 17-02-2025, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma