![](/templates/Wmediat51/images/vetendash.jpg)
Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO-nun nümayəndələri arasında Parisdə təşkil olunan danışıqlar birgə bəyanat olmadan başa çatıb. Bununla da, Fransa Prezidenti Emmmanuel Makronun təşəbbüsü ilə çağırılan Ukrayna münaqişəsinə dair fövqəladə toplantı nəticəsiz qalıb.
Oxu.Az BFMTV telekanalına istinadən xəbər verir ki, görüş Yelisey sarayında keçirilib.
Təxminən üç saat davam edən danışıqların nəticəsində heç bir ümumi bəyanat imzalanmayıb. Qeyd edilir ki, bu, iştirakçılar arasında Ukraynaya hərbi kontingent göndərilməsi ilə bağlı yaranan fikir ayrılıqları ilə əlaqədar ola bilər.
Qeyd edək ki, Makron Parisdə keçirilən qeyri-rəsmi görüşə Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini dəvət edib. Danışıqlarda Ukraynaya təqdim edilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə edilib.
Paylaş: