Xəbər lenti

ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton Venesuelaya münasibətdə hərbi təsir variantını istisna etmir.

"Report" bildirir ki, bu barədə "CNN" məlumat yayıb. 

"Biz Venesuelaya münasibətdə bir çox variantları nəzərdən keçirmişik. Mən hərbi variantı da istisna etmirəm" – deyə o bildirib. 

Tramp əlavə edib ki, ABŞ-ın qoşunları bütün dünyada və çox-çox uzaqdadır.

"Venesuela uzaqda deyil. Və insanlar (orada) əziyyət çəkir. Və ölür. Bizdə Venesuelaya münasibətdə çoxlu variantlar var, o cümlədən hərbi", - deyə dövlət başçısı bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 891          Tarix: 12-08-2017, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma