Xəbər lenti

"İsrail İranın nüvə proqramı ilə bağlı məsələni diplomatik yolla həll etməyə hazırdır".

Oxu.Az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar "The Telegraph" qəzetinə müsahibəsində deyib.

O, "New York Times" qəzetinin guya İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərini təkzib edib.

Nazir qeyd edib ki, təhlükəsizlik kabinetinin və bütün qapalı forumların üzvüdür, ona görə də, belə bir qərarın verilmədiyinə əmindir.

"Lakin İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqdir. Əgər bu məqsədə diplomatik yolla nail olmaq mümkün olarsa, daha yaxşı olar", - deyə o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 495          Tarix: 20-04-2025, 18:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma