Xəbər lenti

Pakistan Kəşmirdə baş vermiş silahlı hücumla bağlı qərəzsiz təhqiqat aparılmasını təklif edib.

Oxu.Az xəbər verir ki, bunu Pakistanın informasiya naziri Attaullah Tarar "RİA Novosti"yə bildirib.

"Pakistan bu məsələdə şəffaf, qərəzsiz təhqiqat aparılması niyyətini çox aydın ifadə edib", - deyə nazir bəyan edib.

Xatırladaq ki, 22 apreldə Hindistanın Cammu və Kəşmir regionunda vətəndaşlara qarşı silahlı hücum baş verib. Hindistan kəşfiyyatı hücumda Pakistanı ittiham edib. O vaxtdan bəri ölkələr arasındakı münasibətlər gərginləşərək sərhəd toqquşmaları həddinə çatıb.




Ana səhifəyə qayıt        Baxış: 3 704          Tarix: 2-05-2025, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma