Xəbər lenti

İsrail Müdafiə Qüvvələri (SAXAL) mayın 13-də Fələstinin HƏMAS hərəkatına məxsus mövqelərə zərbə endirib. Zərbə nəticəsində Qəzza zolağında HƏMAS hökumət başçısının varisi hesab edilən, hərəkatın maliyyə və idarəetmə məsələlərinə cavabdeh rəsmisi İsmayıl Barxum zərərsizləşdirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə məlumat qurumun rəsmi "Telegram" kanalında yayımlanıb.

Bildirilib ki, zərbə HƏMAS-ın Xan Yunisdə yerləşən komanda-nəzarət mərkəzinə endirilib. İsrail ordusu iddia edir ki, həmin mərkəz "Naser" tibb kompleksində yerləşib.

"Bu tibbi kompleksdən İsrailin dinc əhalisinə və əsgərlərinə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub. HƏMAS-ın yüksəkvəzifəli şəxsləri xəstəxananı və onun ətrafını terror fəaliyyətləri üçün istifadə etməkdə davam edir, oradakı mülki əhalinin həyatını təhlükə altına alırlar", - deyə açıqlamada bildirilir.

İsrail ordusu qeyd edib ki, əməliyyatdan öncə mülki əhaliyə zərər dəyməməsi üçün müəyyən tədbirlər görülüb.




Ana səhifəyə qayıt        Baxış: 2 473          Tarix: 13-05-2025, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma