Xəbər lenti

ABŞ Müdafiə Nazirliyi "Qızıl qübbə" raketdən müdafiə sistemlərinin yerləşdirilməsi planının təfərrüatını yaxın gələcəkdə açıqlayacaq.

Oxu.Az CCN telekanalına istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnel bildirib.

ABŞ-nin gələn il üçün müdafiə büdcəsi "Qızıl qübbə" proqramının maliyyələşdirilməsinə 25 milyard dollar ayırır. Konqresin Büdcə Ofisinin məlumatına görə, "Qızıl qübbə"nin inkişafı üçün 20 il ərzində 500 milyard dollardan çox vəsait tələb olunacaq. Məlumata görə, "Qızıl qübbə"nin tətbiqi planı Pentaqonun təxminən 100 mövcud proqramını birləşdirə bilər.

Qeyd olunur ki, İlon Maskın "SpaceX" şirkəti "Qızıl qübbə" layihələri üçün əsas namizəddir. Bundan əlavə, "Palantir" və "Anduril" korporasiyaları raketdən müdafiə sistemi ilə məşğul olmağı planlaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 3 079          Tarix: 19-05-2025, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma