Xəbər lenti

ABŞ-nin dövlət katibi Marko Rubio Romaya səfəri zamanı Avropada münaqişə istəyənlərin olması barədə fikirlər eşitdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Rubio qeyd edib ki, görüşdüyü kardinallardan biri onun üçün olduqca qeyri-adi fikir səsləndirib:

"O dedi ki, ABŞ prezidenti sülh istəyir, bəzi avropalılar isə hərbi əməliyyatlara çağırırlar. Sanki dünya tərsinə çevrilib".

ABŞ dövlət katibi əlavə edib ki, Prezident Donald Tramp ölkənin müdafiəsinə böyük məbləğlər sərf etməyə ehtiyac olmasaydı, bu vəsaitləri iqtisadiyyatın inkişafına yönəltməyi üstün tutardı.




Ana səhifəyə qayıt        Baxış: 3 012          Tarix: 20-05-2025, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma